Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi
birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı
Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan
Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur.
Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq[3][4] və Dağıstan
müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu,
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.İnqilab nəticəsində
Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşanın
köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi
Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın
birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna
biləcəyini bildirmişdi. Kazan, Türkistan və Azərbaycan türkləri, rus işğalının sona çatması və müstəqilliklərini qazana bilmələri üçün Qafqaz
və Bakının bir an öncə ələ keçirilməsinin vacibliyi görüşünü hərarətlə müdafiə edirdilər.[6] Bu və buna bənzər nümunələrin artması
nəticəsində türk ellərinin müstəqilliyini qazanması üçün hərəkətə keçilməsi haqqındakı görüş, Hərbiyə naziri və baş komandan vəkili
Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında getdikcə güc qazandı. Dövlət heyətləri Türkçülük və Turançılıq cərəyanını tətbiq
etməyə başlamaq üçün şərtlərin yetərli olduğunu düşünürdülər.[7]
Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra
Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır.
Öz doğma vətəninə qayıtması ilə Nuru paşa
yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi
Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın
təqibini Türkiyə ərazisində də davam etdirdi.
Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli
heyətləri arasında aparılan danışıqlar zamanı
Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi
tənqidlə qarşılandı və Türkiyə milli
mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı.
Buna baxmayaraq, Türkiyə ərazisində
Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı.
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, İstanbul) —
Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin
şərtlər altında 155 gün müdafiə etdi.
Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır.
Ədirnədə xatirəsinə həsr edilmiş abidə var.
Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci
il iyulun 27-də açılmışdır. Abidə və muzeyi
ziyarət etmək sərbəstdir.1857-ci ildə Ərzurumda anadan olmüşdür.
Ailənin yeganə övladı idi.[2] İlk hərbi təhsilini Ərzincan Hərbi Məktəbində almış,
daha sonra isə İstanbul Sütlücə Artilleriya Məktəbində davam etdirmişdir.
Qafqaz İslam Ordusunun Bakı Müharibesinde yol xeritesi.