1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.[2] İlk hərbi təhsilini Ərzincan Hərbi Məktəbində almış, daha sonra isə İstanbul Sütlücə Artilleriya Məktəbində davam etdirmişdir. 1879-cu ildə bu məktəbi bitirmişdir.[2] Təhsil aldığı müddətdə riyaziyyat fənnindən müvəffəqiyyəti ilə fərqlənirdi. Bu səbəbdən daha da təkmilləşdirmək üçün Almaniyaya göndərildi. Potsdam Qarnizonında dörd ildən çox müddətdir təhsil almışdır. 1880-ci ildə o, yüksək vəzifəli zabitə rütbəsinə yüksəldi və 1883-cü ildə baş kapitan təyin edildi. İstanbula geri döndükdən sonra bir sıra təşkilatlarda və məktəblərdə hərbi təlimlər keçməyə başladı. Daha sonra isə 1887-ci ildə mayor rütbəsinə yüksəldi. Zəfər Rabiya xanım ilə ailə həyatı qurdu; bu nikahdan 9 övladı dünyaya gəldi, onlardan yalnız dördü həyatda qaldı. Yeddi nəvəsi vardı. Alman, ingilis və fransız dillərində sərbəst danışa bilən Mehmet Şükrü Paşa hərbi fəaliyyətləri ilə yanaşı riyaziyyat fənnini də tədris edirdi. Məşhur riyaziyyatçı Saleh Zəki onun tələbələrindən biri olmuşdur.1888-ci ildə əyalət valisi olmuş, 1889-cı ildə isə polkovnik, 1893-cü ildə 36 yaşı olarkən isə general-mayor rütbəsinə yüksəlmişdir. Ədirnədə general-mayor rütbəsindən general rütbəsinədək yüksəldi. 1905-ci ildə Salonikiyə göndərildi. Bu dövrdə hərbi həyatında həddindən artıq nizam-intizam nümayiş etdirdiyi üçün "Dəli Şükrü Paşa" kimi tanındı.24 sentyabr 1912-ci ildə Osmanlı dövlətinin Sofiyadakı səfirliyi İstanbula göndərdiyi bir teleqrafla xəbərdarlıq edərək təhlükənin yaxınlaşdığını bildirmişdir: "Bolqarıstanın ilk məqsədi Osmanlı imperiyasının zəif Kırklareli bölgəsidir. Ədirnəyə hücum etməyi planlaşdırırlar. Ədirnə istehkam mövqeyi möhkəmləndirilməli və xidmət müddəti bitən əsgərlər tərxis edilməməlidir". Ədirnə komandirliyinə gətirilən Mehmet Şükrü Paşa şəhər mühasirəyə alınmazdan bir həftə əvvəl şəhərə çata bildi. Şükrü Paşaya mühasirə zamanı şəhəri 50 gün müdafiə etmək tapşırıldı. Bu müddət ərzində bolqar ordusunun geri çəkiləcəyi, əks halda, İstanbuldan kömək göndəriləcəyi bildirilmişdi. Lakin Mehmet Şükrü Paşa silahdaşları Kazım Qarabəkir, Rəmzi və Fuad Bəylə birlikdə İstanbuldan dəstək almamasına baxmayaraq 5 ay 5 gün Bolqarıstan və Serb ordusunun hücumlarını müdafiə etdi. Bu tarixi hadisə idi.